• Bakı 20° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Bu ölkədə siqaret qadağan edildi

DÜNYA

28 Yanvar 2022 | 20:50 | Müəllif: Subhan Mahmudov

Bu ölkədə siqaret qadağan edildi

Malayziya hökuməti 2005-ci ildən sonra doğulmuş insanlara siqaret və digər tütün məmulatlarının satışını qadağan etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Xairi Camaluddin Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İcraiyyə Şurasının 150-ci iclasında məlumat verib.

Bu, o deməkdir ki, hazırda 17 yaşı olan malayziyalılar ömrü boyu heç vaxt qanuni olaraq tütün məmulatları ala bilməyəcəklər.

Malayziyada hər il 27, 200-dən adam siqaretdən qaynaqlanan xəstəliklərdən həyatını itirir. Siqaret xərçəng, ürək xəstəliyi, insult, ağciyər xəstəlikləri, şəkərli diabet və xroniki ağciyər kimi xəstəliklərə səbəb olur.(modern.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR