• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu rayonlardan Laçına marşrut xətləri açılacaq

İQTİSADİYYAT

11 Iyul 2024 | 20:59 | Müəllif: Subhan Mahmudov

Bu rayonlardan Laçına marşrut xətləri açılacaq

Laçın rayonunda ümumilikdə 35-dən çox sənaye və istehsalat müəssisəsi qurulub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, həmin müəssisələrdə Laçın sakinləri çalışır, əməkhaqqı isə yaşayış şəraitinə uyğun tənzimlənir:

"Sakinlərin nəqliyyat əlçatanlığı normal səviyyədə təmin olunub. Laçın şəhəri, Sus və Zabux kəndləri, "Zerti" Sənaye Kompleksi arasında marşrut xətləri istifadəyə verilib. Bu yaxınlarda şəhərlərarası nəqliyyatın asanlaşdırılması üçün irihəcmli nəqliyyat vasitələrinin istifadəyə verilməsinə nail olacağıq.

Bərdə-Laçın, Mingəçevir-Laçın, Horadiz-Laçın və Sumqayıt-Laçın, Bakı-Laçın müntəzəm marşrut xətlərinin istifadəyə verilməsi də planlaşdırılıb, bununla bağlı müsabiqə elan edilib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026