• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu smart üzük insan səhhətinin müxtəlif göstəricilərini ölçə biləcək

CƏMİYYƏT

14 Dekabr 2022 | 04:07 | Müəllif: Qalib İbrahimoğlu

Bu smart üzük insan səhhətinin müxtəlif göstəricilərini ölçə biləcək

ABŞ-ın Patentlər və Əmtəə Nişanları İdarəsi Apple şirkətinin yeni patent sorğusu barəsində məlumat təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, Apple tərəfindən göndərilmiş patent sorğusunda smart üzük barəsində məlumatlar əks olunub. Məlumata əsasən sözügedən smart üzük insan səhhətinin müxtəlif göstəricilərinin monitorinqində istifadə edilə bilər. 20220386955A1 nömrəsinə sahib yeni patentə əsasən şirkətin bu yeni texnologiyası ürək döyüntülərinin tezliyini, qandakı oksigen miqdarını, arterial təzyiqi və digər özəllikləri ölçə bilər.

Bundan əlavə olaraq smart üzük OLED ekran ilə də təchiz oluna və səsli əmrlər funksiyasını dəstəkləyə bilər. Apple şirkətinin planına əsasən smart üzük istifadəçi bədəninin statik və ya hərəkətdə olan vəziyyətini, bədənin hərəkət sürətini və barmaqlarla reallaşdırılan jestləri təyin edə biləcək. Böyük ehtimal ilə smart üzüyün idarəsi smartfon vasitəsilə reallaşdırılacaq. Həmçinin üzük tərəfindən əldə ediləcək məlumatlara da məhz smartfon vasitəsilə nəzər yetirmək mümkün olacaq (technote.az). Bu cür özəlliklər patent sorğusunda əks olunmuş smart üzüyü bir növ smart saata çevirirlər. Patent sorğusunda smart üzüyün texniki özəllikləri və onun nə zaman satışa çıxacağı barəsində heç bir məlumat əks olunmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026