• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bu sular orqanizmimizi zəhərləyir - Ekspertlər XƏBƏRDARLIQ EDİR

CƏMİYYƏT

10 May 2023 | 15:25 | Müəllif: Qalib İbrahimoğlu

Bu sular orqanizmimizi zəhərləyir - Ekspertlər XƏBƏRDARLIQ EDİR

Havaların isinməsi ilə ərzaq məhsullarının saxlanılmasına diqqət daha da artırılmalıdır. Yaz-yay fəsillərində tələbatın daha çox oludğu suyun saxlanılmasına isə daha diqqətlə yanaşılmalıdır. Ancaq,əksər vaxt qaydalara riayət olunmayan yerlərdə - yəni açıq havada, günəş şüaları altında satılan sulardan istifadə edirik. Bunun orqanizmimizə hansı mənfi təsir göstərdiyinin fərqinə belə varmırıq.

Tibbi ekspert Rasif Bağırov Bakıvaxtı.az-a bildirib ki, günəş şüaları altında satılan sular gigyenik baxımdan təmiz olmadığı üçün istifadəsi düzgün deyil: "Su ətrafından mikrobları özündə saxlama qabiliyyəti olan bir maddədir. Ümumiyyətlə, suların satışı birinci növbədə qablaşdırılmalıdır. Steril şəraitdə qablaşdırılıb satılmalı, istifadə olunmalıdır. Üstüaçıq, ağzıaçıq qablarda satılan sular uzun müddət açıq havada qalanda təbiİ ki, ora müxtəlif mikro orqanizmlər düşə bilər. İnsan onu qəbul edəndə, müxtəlif infeksion xəstəliklərə yoluxma ehtimalı yüksəkdir”

Müsahibimiz bildirib ki, bu səbəbdən də yol kənarında, sanitar gigyena qaydalarına uyğun gəlməyən şəraitdə saxlanılan sulardan istifadə etmək düzgün deyil.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bildirib ki,  plastik qablarda satılan sulardan istifadə etmək doğru hal hesab olunmur: "Biz küçələrdə satılan sulardan çox narahatıq. Azad İstehlakçılar Birliyi illərdir bu məsələ ilə bağlı iş aparır ki, xüsusən plastik qablarda qablaşdırılmış sular küçələrdə qoyulmasın, sabit və otaq temperaturunda saxlanılsın”.

AİB sədri, ümumiyyətlə, suların plastik qablarda qablaşdırılmasının tərəfdarı deyil: “İstehlakçıları daim məlumatlandırırıq ki, şüşə qablarda olan sulardan istifadə etsinlər. Lakin nə etmək olar, bu, bazar iqtisadiyyatıdır. Daha az maya dəyərinə nail olmaq üçün plastik qablarda qablaşdırırlar. Xüsusən də isti şəraitdə qalması və əzilməsi kimyəvi elementlər suya miqrasiya edir. Biz bunun tərəfdarı deyilik”.

E.Hüseynov qeyd edib ki, məsələnin həll olunması ilə bağlı addımlar atılır: "Bu sahədə müəyyən maarifləndirmə işləri aparırıq. Biznes qurumları da gərək öz məsuliyyətlərini duysunlar. Qida Təhlükəsizlik Agentliyi də bununla mübarizə aparmalıdır. Suların açıq havada, günəş şüaları altında satılmasının qarşısı alınmalıdır. Bu, arzuolunmaz haldır”.

Eyyub Hüseynov istehkaçıları sağlamlıqlarının qeydinə qalmağa, günəş şüaları altında satılan sulardan istifadə etməməyə çağırıb.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026