"Gələn ildən etibarən hər il Azərbaycanda şərab festivalı keçiriləcək".
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Turizm Məhsulu şöbəsinin müdiri Şərifə Həsənova Şamaxının Meysəri kəndinə jurnalistlər üçün təşkil edilmiş mediatur zamanı bildirib.
Ş.Həsənova “İter Vitis Qafqaz” layihəsi və onun məqsədləri barədə məlumat verib.
O bildirib ki, Qafqaz ölkələrini birləşdirən ilk yenilikçi transmilli marşrut bu ölkələrdəki şərab bölgələrini, şərab zavodlarını, ev şərablarını və şərabla əlaqədar arxeoloji qazıntıları tanıtmaq üçün birləşdiriləcək:
"Şərab festivalında həm yerli həm də xarici turistlər iştirak edəcək. Şərab festivalı digər festivallardan fərqli şəkildə təşkil ediləcək. Azərbaycanın şərab marşrutunun keçəcəyi əraziləri müəyyən etmişik. Şirvan, Gəncə, Qazax, Bakı və Tovuza qədər olan ərazini əhatə edəcək".
Nuranə Daxilqızı
















