• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Bu, Türkiyə üçün rekorddur” - Ərdoğan

DÜNYA

03 Yanvar 2022 | 14:49

“Bu, Türkiyə üçün rekorddur” - Ərdoğan

2021-ci ildə Türkiyənin ixrac həcmi $225,36 mlrd. təşkil edib ki, bu da respublika üçün rekord göstəricidir.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı bildirib.

“Əvvəlki illə (2020-red.) müqayisədə ixrac həcmi 32,9 faiz artıb və 225,36 milyard dollar təşkil edib. Bu, rekorddur”, - ölkə başçısı deyib.

Ərdoğanın sözlərinə görə, Türkiyənin xarici ticarətinin həcmi 87,6 milyard dollardan (2002-ci il) 496,7 milyard dollaradək (2021-ci il) artıb. Ölkənin xarici ticarət kəsiri ötən illə müqayisədə 7,8% - 45,9 mlrd.-dək azalıb, ixracın idxala nisbəti isə 83,1%-dək artıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026