• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu üzük “Ginnesin rekordlar kitabı”na düşdü

CƏMİYYƏT

19 Iyul 2022 | 02:26 | Müəllif: Qalib İbrahimoğlu

Bu üzük “Ginnesin rekordlar kitabı”na düşdü

Hindistanın zərgərlik şirkətinin hazırladığı üzük brilyantlarının sayına görə “Ginnesin rekordlar kitabı”na düşüb.

Bakıvaxtı.az xəbər verir ki, rekordlar kitabının saytında yerləşdirilən məlumata görə, “Ami” adlı üzüyün üzərində 24 min 679 brilyant var.

Zinət əşyasının dizaynın əsasını çəhrayı istiridyə göbələyi təşkil edir. Üzüyü hazırlayan “SWA Diamonds” kompaniyasının icraçı direktoru Abdul Qafur Anadian həmin göbələyin ölümsüzlük və uzunömürlülük simvolu hesab olunduğunu deyib.

Çəkisi 12 unsiya (56,7 qram) olan üzük kompaniya tərəfindən 95 min 243 dollar məbləğində qiymətləndirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026