• Bakı 8° C

    10.2 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Reper "Epi" həbs edildi - YENİLƏNİB

HADİSƏ

16 Iyul 2025 | 18:10 | Müəllif: Qalib İbrahimoğlu

Reper "Epi" həbs edildi - YENİLƏNİB

Polis tərəfindən saxlanılan reper Əkbər Novruzlu (Epi) həbs olunub.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı məhkəmə qərar verib.

    O, İnzibati Xətəalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 510-cu (Xırda xuliqanlıq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs edilib.

     

    ***14:19

    Epi adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.

    Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, onun saxlanılmasına bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirlərin birində səsləndirdiyi repdə söyüş və əxlaqsız ifadələrin yer almasının səbəb olduğu bildirilir.

    Tədbir zamanı açıq məkanda ifa edilən həmin rep sosial şəbəkələrdə yayılıb, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.

    Hazırda reperlə bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    15 Noyabr 2026
    14 Noyabr 2026