• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Castin Trüdonun istefası tələb edilir

DÜNYA

24 Oktyabr 2024 | 15:57 | Müəllif: Əli Hüseynov

Castin Trüdonun istefası tələb edilir

Kanadada hakim Liberal Partiyasından olan 24 deputat partiyanın lideri və baş nazir Castin Trüdonu istefaya çağırıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Kanada Yayım Korporasiyasının (CBC) radio kanalı Radio-Canada ilə danışan mənbələr Liberal Partiyasının parlament qrupunun iclasında Trüda əleyhinə səslərin qaldırıldığını bildirib. 

Adı açıqlanmayan mənbələr bildiriblər ki, hakim Liberal Partiyasından olan 24 deputat, o cümlədən Şon Keysi və Ueyn Lonq Trüdonu oktyabrın 28-dək istefa verməyə çağırıb.

Qeyd edək ki, Kanada parlamentində ümumilikdə 153 liberal deputat var.

Əli Hüseynov

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026