• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Cavad Rəcəbov: “Həyat yoldaşımla birgə intihar etmək üçün...”​ – VİDEO

MƏDƏNİYYƏT

16 Yanvar 2022 | 12:34 | Müəllif: Subhan Mahmudov

Cavad Rəcəbov: “Həyat yoldaşımla birgə intihar etmək üçün...”​ – VİDEO

ARB TV-nin​ “Onun Sirri”​ verilişinin növbəti qonağı ifaçı​​ Cavad Rəcəbov​ olub.

Sənətçi həyat yoldaşı ilə birgə intihar etmək istədiklərini etiraf edib:

“1975-ci ildə dostumla birgə bir ailəyə qonaq getmişdik. Orada indiki həyat yoldaşım Nuranə xanımı gördüm. Dostuma dedim ki, bu qıza vurulmuşam. Ondan telefon nömrələrini alıb zəng etdim. Danışmağa başladıq. Ailəsi xəbər tutdu. Onlar varlı ailə idi, mənsə toylarda nağara ifa edən biri. Mənə xəbər göndərdilər ki, sən hara, biz hara? Bu işdən əl çək, amma biz yolumuzdan dönmədik. Ard-arda hədələndim.

Məni döydürdülər. Ölümlə hədələnirdim, hətta bir dəfə yük maşını ilə mənim idarə etdiyim avtomobilin üstünə sürdülər. Nuranə xanımla qərara gəldik ki, intihar edək. Gün də təyin etmişdik. Ailəsi bu planımızdan xəbər tutdu. Bizə xəbər göndərdilər ki, intihardan əl çəksinlər, biz fikirləşərik. Nəhayət 1981-ci ildə evləndik”.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026