• Bakı 28° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Cavid Hüseynov "Araz-Naxçıvan"da

İDMAN

16 Iyun 2026 | 14:58

Cavid Hüseynov Araz-Naxçıvanda

"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.

Bu posta Cavid Hüseynov təyin edilib. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Futbolçu kimi müxtəlif illərdə "Turan", MOİK, "Olimpik", "İnter", "Neftçi", "Bakı", "Qəbələ", "Zirə", Türkiyənin "Adana Dəmirspor" klublarının, həmçinin Azərbaycanın U-19, U-21, əsas millisinin formasını geyinmiş C.Hüseynov məşqçi kimi "Şamaxı" klubunda fəaliyyətə başlayıb.

"Cəbrayıl", "Turan Tovuz" klublarında da çalışmış 38 yaşlı mütəxəssis bir müddət "Səbail"in də baş məşqçisi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyul 2026