• Bakı 20° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Çay içmək yaddaş itkisi problemlərini 50% azaldır - TƏDQİQAT

CƏMİYYƏT

29 Mart 2022 | 07:46 | Müəllif: Qalib İbrahimoğlu

Çay içmək yaddaş itkisi problemlərini 50% azaldır - TƏDQİQAT

Sinqapur Milli Universiteti tərəfindən 957 çinli üzərində aparılan araşdırmada yaddaş itkisi ilə bağlı əhəmiyyətli nəticələr əldə edilib.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqata görə, hər gün istehlak edilən çay yaddaş itkisi problemlərini 50% nisbətində azaldır. Alzheimer üçün risk qrupundakı yaşlılarda isə bu göstərici 86%-ə çatıb.

Bu tədqiqat sadə və bahalı olmayan bir üsulla insanın yaşlılıq dövründə məruz qalacağını problemlərin qarşısını ala biləcəyini müəyyənləşdirib (aztibb.az). Tədqiqatda iştirakçıların 2003-2005-ci illərdə istehlak etdikləri çay miqdarı haqqında məlumatlar mütəxəssislərə təqdim edilib. 

Araşdırmaçılar daha sonra iştirakçıların yaddaş səviyyələrini 2010-cu ilə qədər iki ildə bir ölçüblər.

Bundan əlavə, araşdırma zamanı fərdlərinin həyat tərzi, sağlamlıq vəziyyəti, fiziki və ictimai fəaliyyətləri mövzusunda da məlumat toplanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR