• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Cəlilabadda məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlandı

CƏMİYYƏT

19 Yanvar 2023 | 11:27

Cəlilabadda məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlandı

Cəlilabadda təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, Zərbiəlli kənd məktəbində baş verən qanunsuzluqlarla bağlı araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən məktəbdə 2019-2022-ci illər ərzində tədris edilməmiş dərs saatlarına görə əmək haqqı ödənilməsi və nəticədə dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR