• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Cənubi Koreya "Facebook"u altı milyon dollara yaxın cərimələyib

DÜNYA

25 Avqust 2021 | 14:47 | Müəllif: Subhan Mahmudov

Cənubi Koreya "Facebook"u altı milyon dollara yaxın cərimələyib

Cənubi Koreya hökuməti ABŞ-ın "Facebook" və "Netflix" şirkətlərini konfidensiallıq qaydalarını pozmaları ilə əlaqədar ümumilikdə 5,7 milyon dollara yaxın məbləğdə cərimələyib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Koreyanın Fərdi məlumatların mühafizəsi komissiyası bildirib.

Qeyd olunur ki, "Facebook" 2018-ci ilin aprelindən 2019-cu ilin sentyabrınadək istifadəçilərin razılığı olmadan biometrik şablonların yaradılması və saxlanmasına görə 5,5 milyon dollar cərimə ödəməli olacaq. Bundan başqa, şirkət vətəndaşların fərdi identifikasiya nömrələrinin toplanmasında ittiham olunub.

Eyni zamanda, "Netflix" platforması 5 milyon Cənubi Koreya vətəndaşının məlumatlarının toplanması və ölkə xaricinə ötürülməsində ittiham olunaraq 188,5 min dollar məbləğində cərimələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026