• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cənubi Qafqaz üçün tərəqqinin vaxtıdır - Sofiya

DÜNYA

18 Mart 2025 | 19:26 | Müəllif: Subhan Mahmudov

Cənubi Qafqaz üçün tərəqqinin vaxtıdır - Sofiya

Ermənistan və Azərbaycan arasında davamlı sülhün, Cənubi Qafqaz xalqları üçün sabitliyin və iqtisadi tərəqqinin vaxtıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb.

Qeyd olunub ki, Bolqarıstan Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların çoxdan gözlənilən yekunlaşmasını alqışlayır və hər iki tərəfin sazişi tezliklə imzalayıb ratifikasiya etməsini gözləyir.

Xatırladaq  ki, daha əvvəl Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri martın 13-də bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026