• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ceyhun Bayramov İƏT-in Şuşada keçiriləcək iclasında iştirak edəcək

CƏMİYYƏT

09 Oktyabr 2023 | 14:32

Ceyhun Bayramov İƏT-in Şuşada keçiriləcək iclasında iştirak edəcək

Oktyabrın 10-da İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 27-ci iclası Azərbaycan Respublikasının sədrliyi altında Şuşa şəhərində keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov iştirak edəcək.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Tədbir zamanı nazir Ceyhun Bayramovun yüksək səviyyəli xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi, habelə mətbuat konfransında bəyanat ilə çıxış etməsi nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026