"Qarabağda Rusiya sülhməramlılarının yerləşməsi üçtərəfli bəyanat əsasında həyata keçirilir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərvaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir deyib ki, onlar üzərlərinə düşən funksiyaları yerinə yetirirlər: "Təbii ki, vaxtaşırı hər hansı suallar olur. O suallar hələ də Qarabağ bölgəsində Ermənistan hərbi birləşmələrinin mövcudluğu, qanunsuz olaraq həmin ərazilərə səfərlərin edilməsi ilə bağlıdır".
C.Bayramovun sözlərinə görə, belə məqamlar olan halda onlar sülhməramlıların burdakı komandanlığı digər səviyyələrə qaldırılır və müzakirə mövzusu olur: "Azərbaycan tərəfi bu məsələlərin məqbul müstəvidə həll edilməsinin tərəfdarıdır”.
Nuranə Daxilqızı
















