• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ceyhun Bayramov Qazaxıstandadır

SİYASƏT

25 Noyabr 2022 | 09:00 | Müəllif: Qalib İbrahimoğlu

Ceyhun Bayramov Qazaxıstandadır

Noyabrın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Aktau şəhərinə səfərə gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat idarəsi məlumat yayıb.

Məlumata görə, səfərdə məqsəd Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak etməkdir.

27 iyun 2022-ci il tarixində Bakı şəhərində keçirilmiş birinci görüşün davamı kimi bu platformanın məqsədi qeyd olunan ölkələr arasında nəqliyyat, tranzit, kommunikasiya, ticarət və bir sıra digər istiqamətlərdə əlaqələndirilmiş əməkdaşlığın inkişafına töhfə verməkdir. Aktau görüşündə Gürcüstan nümayəndə heyətinin də iştirakı nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026