• Bakı 28° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Bəşər tarixində ən vacib 10 ixtira

CƏMİYYƏT

13 Oktyabr 2023 | 13:26

Bəşər tarixində ən vacib 10 ixtira

Ən məşhur süni intellekt proqramı ChatGPT-ə görə, bu günə qədər edilən ən mühüm 10 ixtira həm süni intellektin gücünü ortaya qoyur, həm də insanların əsrlər boyu nə qədər irəliləyiş əldə etdiyini göstərir.

Bakıvaxtı.az xarici mediaya istinadla ChatGPT-ə görə bəşər tarixində ən mühüm 10 ixtiranı təqdim edir.

1. Kənd təsərrüfatı

ChatGPT-ə görə, bəşər tarixində ən mühüm ixtiralardan biri kənd təsərrüfatıdır. Əkinçilik ovçuluq və yığıcılıqdan kənd təsərrüfatı iqtisadiyyatına keçidi təmsil edir. İnsanlar ilk dəfə kənd təsərrüfatı sayəsində oturaq cəmiyyətlər qurmuş, ərzaq istehsalını artırmışlar.

2. Yazı

Yazının kəşfi ilə ilk dəfə olaraq tarixi məlumatlar qeydə alınmağa başlandı. Alimlər hələ də yazı icad edilməzdən əvvəl insanların nə ilə məşğul olduqlarını dəqiq bilmirlər. Yazı sivilizasiyanın inkişafı üçün böyük imkan yaratdı.

3. Təkər

Təkərin ixtirası ilə kommersiya biznesi gücləndi və nəqliyyat asanlaşdı.

4. Metal istehsalı

Mis və dəmir kimi metalların emalı yeni silahlar, strukturlar və alətlər yaratmağa imkan verdi.

5. Çap maşını

Çap maşınının ixtira edilməsi ilə informasiya mübadiləsi daha sürətlə yayılmağa başladı. Kitabların və elmi məlumatların çoxalması bəşər tarixini irəli apardı.

6. Elektrik

ChatGPT-ə görə başqa bir mühüm ixtira elektrikdir. Elektrik enerjisinin kəşfi işıqlandırma sistemlərini təkmilləşdirdi, rabitə və sənaye istehsalı sahələrində inqilab etdi.

7. İnternet

Ən mühüm ixtiralardan biri olan internet insanların bir-biri ilə qlobal miqyasda ünsiyyət qurmasına şərait yaradır. İnformasiya mübadiləsi kitablardan internetə keçərək yeni təkamül prosesinə daxil oldu.

8. Antibiotiklər

Antibiotiklər yoluxucu xəstəliklərin müalicəsində mühüm rol oynayan tibbi dərmanlardır. Tibb sahəsində mühüm ixtira sayılan antibiotiklər ChatGPT üçün də ən əhəmiyyətli ixtiralardan biridir.

9. Telefon

Telefonun kəşfi ilə insanların ünsiyyət sürəti ən yüksək səviyyəyə çatdırıldı. Ağıllı cihazlar sayəsində insanlar ən uzaq məsafədən belə ünsiyyət qura bilirlər.

10. Gen mühəndisliyi

ChatGPT-ə görə, ən mühüm ixtiralardan biri gen mühəndisliyidir. Genetik mühəndislər biotexnologiya sahəsində çalışırlar. Mühəndislər canlıların irsi xüsusiyyətlərini dəyişdirə və onlara yeni xüsusiyyətlər əlavə edə bilərlər.

Ay Tac


SON XƏBƏRLƏR

08 Iyul 2025