• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Çimərlikdə itkin düşən azyaşlı sağ tapıldı - VİDEO

CƏMİYYƏT

03 Iyul 2023 | 12:12

Çimərlikdə itkin düşən azyaşlı sağ tapıldı - VİDEO

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən “Qızılqum” çimərliyində 2017-ci il təvəllüdlü azyaşlı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bakıvaxtı.az-a verilən xəbərə görə, bu barədə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ərazidə xidmət aparan xilasedicilərinə məlumat daxil olub.

“Axtarışlara cəlb olunan xilasedicilər qısa müddət sonra azyaşlını sağ-salamat taparaq ailə üzvlərinə təhvil veriblər.

Təəssüf ki, uşaqların xüsusilə çimərliklərdə böyüklər tərəfindən nəzarətsiz qoyulması hallarına tez-tez rast gəlinir. Bu isə arzuolunmaz nəticələrə səbəb ola bilən halların yaranmasına gətirib çıxarır”, - rəsmi məlumatda bildirilib.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, çimərlik ərazisində uşaqları nəzarətsiz qoymamağa çağırır və uşaqların yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli olduğunu xatırladır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026