• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Çin-Azərbaycan hərbi-texniki müdafiə əlaqələri inkişaf etdirilə bilər

SİYASƏT

26 Dekabr 2023 | 10:59 | Müəllif: Qalib İbrahimoğlu

Çin-Azərbaycan hərbi-texniki müdafiə əlaqələri inkişaf etdirilə bilər

Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyevə ad günü ilə bağlı təbrik məktubu göndərənlər arasında Çin lideri Si Cinpin də var. Çin rəhbərinin Prezidentimizə ünvanladığı təbrik məktubunda vurğulanıb ki, Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır.

Bakıvaxtı.az-ın məlumatına görə, qeyd olunub ki, hazırda Çin-Azərbaycan münasibətləri çox yaxşı və sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir: "Müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir. Sizin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə səylərinizi yüksək qiymətləndirirəm. Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm".

Məlumat üçün bildirək ki, Çinlə Azərbaycan əlaqələri son dönəmlər inkişaf mərhələsinə qədəm qoyub. İki ölkə arasında xüsusilə iqtisadi əməkdaşlıq, ticari əlaqələr yüksələn templə inkişaf etməkdədir. Çin-Azərbaycan münasibətlərində siyasi sferada da gərginlik yaşanmayıb. Çin Azərbaycanın BMT-də irəli sürdüyü təkliflərdə ya bitərəf qalıb, ya da qərarların lehinə səs verib. Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən Çin 2020-ci il sentyabrın 27-də - Vətən müharibəsi başlayanda da ölkəmizin yanında dayandı. BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə Azərbaycanın haqq mübarizəsini müdafiə etdi. Ən mühüm məqamlardan biri də odur ki, Çin artıq keçmişdə qalan münaqişəni Avrasya və hətta qlobal konteksdə görüb.

Politoloq Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a bildirib ki, Çin-Azərbaycan əlaqələri ikitərəfli əməkdaşlıq və siyasi-iqtisadi müstəvidə inkişaf edir.

Analitik diqqətə çatdırıb ki, tərəflər arasında hər hansı problem müşahidə olunmur: "Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda yaratdığı geosiyasi reallıqlar Çinin də iqtisadi maraqlarına cavab verir. Çinin qlobal layihəsi sayılan Yeni İpək Yolunun "Bir qurşaq, bir yol" layihəsi məhz Azərbaycan üzərindən keçir. Orta Dəhliz də İpək Yolunun əsas seqmentlərindən biridir. Pekinin marağı var ki, öz mallarını Qazaxıstan, Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya daşısın. Bu istiqamətdə xeyli irəliləyişlər əldə olunub. Təbrik məktubunda da ikitərəfli əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulub".

Həmsöhbətimiz bəyan edib ki, Çinlə Azərbaycan arasında nəqliyyat sahəsində yükdaşımaların artması gözlənilir. Onun sözlərinə görə, eyni zamanda iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq da səmərəli inkişaf etməkdədir. Bu istiqamətdə böyük perspektiv var.

“Çin-Azərbaycan hərbi-texniki müdafiə əlaqələri daha da inkişaf etdirilə bilər. Xüsusilə Transxəzər Orta Dəhlizin inkişafı Çinin planındadır. Pekin bununla bağlı Azərbaycanın apardığı siyasətə tam dəstək verir", - deyə Məhəmməd Əsədullazadə qeyd edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR