• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ermənistan referenduma gedir: Konstitusiyada nələr dəyişəcək? - DETALLAR

SİYASƏT

24 Yanvar 2024 | 11:28 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistan referenduma gedir: Konstitusiyada nələr dəyişəcək? - DETALLAR

Ermənistan baş naziri Nikol Paşinyanın "ölkəyə yeni konstitusiya lazımdır" açıqlaması daxildə rezonansa yol açıb. Belə ki, Paşinyanın təklifinə dəstək çıxanlarla yanaşı, qarşı duranlar, sərt etiraz edənlər də olub.

Baş nazirin məlum ifadələri və bunu əsaslandırması Azərbaycanın siyasi müstəvisində də müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xatırladır ki, Ermənistan baş naziri konstitusiya islahatlarına yox, bütövlükdə yeni konstitusiyaya ehtiyac olduğunu deyib. Paşinyan növbəti konstitusiyanın Ermənistanı "yeni geo-siyasi şəraitdə daha rəqabətli və həyat qabiliyyətli" etməli olduğunu bildirib. Baş nazir bununla yanaşı əlavə edib ki, o, parlament idarəetmə sistemini dəstəkləyir və onu Ermənistan üçün "ən uyğun" hesab edir.

Xatırladaq ki, Ermənistan Konstitusiyası 1995-ci ildə qəbul edilib. 2005 və 2015-ci illərdə konstitusiyada iki dəfə dəyişiklik olunub.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da deyib ki, həm Azərbaycan, həm də Ermənistan sülh prosesi çərçivəsində iki ölkənin konstitusiyasında gördükləri hüquqi problemləri bir-birilərinə təqdim ediblər: "Azərbaycan bizim konstitusiyamızda gördüyü problemləri dedi, biz də həmçinin onlara bildirdik. Qanunvericilikdəki dəyişiklikləri müzakirə etdik, qısa müddətdə komissiya yaradıldı. Konstitusiyanın daha çox daxili idarə sistemində əhəmiyyəti var. Lakin xarici siyasətdə də vacibliyi danılmazdır. Ümumiyyətlə, ölkəmizdə konstitusiya dəyişikliyinin əsas səbəbinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması olduğunu demək doğru deyil".

Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, konstitusiya dəyişiklikləri təkcə Azərbaycan və Türkiyəyə ərazi iddialarının özündə əks etdirən maddələrin oradan çıxarılmasını əhatə etmir.

Analitik vurğulayıb ki, əsas məqsəd revanşist qrupların siyasi bünövrəsini dağıtmaqdır:

"Ermənistanda revanşist qruplar hakimiyyətə can atırlar və yenidən təşkilatlanırlar. Ancaq nəzərə alınmalıdır ki, revanşistlərin məqsədi sadəcə hakimiyyətə gəlmək deyil, eyni zamanda indiki konstitusiyanı müddəalarını əsas götürərək münaqişəni yenidən alovlandırmaq, aktivləşdirməkdir”.

İlqar Vəlizadə: Ermənistanda revanşist qruplar hakimiyyətə can atırlar və yenidən təşkilatlanırlar

Onun sözlərinə görə, elə indiki konstitusiya həmin revanşist qrupların vaxtında qəbul edilib:

“Paşinyan hökuməti faktiki olaraq mövcud konstitusiyadan fərqli siyasət aparır və real olaraq qanunvericiliyə zidd addımlar atır. Daha doğrusu, indiki konstitusiyanın bəzi maddələri hakimiyyətin apardığı siyasətə ziddiyyət təşkil edir. Ona görə də Paşinyan konstitusiyanı yeniləmək istəyir”.

“Həqiqətən də mövcud konstitusiya çox aqressivdir və beynəlxalq normalara uyğun gəlmir. Çünki konstitusiyada açıq-aşkar digər ölkələrə qarşı ərazi iddiaları yer alıb. Paşinyan real olaraq sivil hakimiyyət obrazı yaratmaq istəyirsə, əlbəttə ki, ilk növbədə konstitusiyanı dəyişməklə işə başlamalıdır", - deyə İlqar Vəlizdə əlavə edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR