• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Çin şirkəti ölkəmizdə elektrikli avtobus istehsal edə bilər

İQTİSADİYYAT

13 Oktyabr 2023 | 20:11 | Müəllif: Subhan Mahmudov

Çin şirkəti ölkəmizdə elektrikli avtobus istehsal edə bilər

Çinin "Yutong" şirkətinin Azərbaycanda elektriklə çalışan avtobus istehsalı müzakirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün sosial şəbəkə hesablarında məlumat paylaşıb:

"Çinin elektrik mühərrikli avtobus istehsal edən aparıcı şirkəti “Yutong”un ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşdük. Ölkədaxili mobilliyin artırılması çərçivəsində əməkdaşlığı, həmçinin yerli tərəfdaşlarla birgə Azərbaycanda istehsal müəssisəsinin qurulması məsələsini müzakirə etdik”, -deyə nazir əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR