İnternet provayderi abunəçinin haqlı şikayətinə kopud şəkildə cavab verib.
Bakıvaxtı.az-a açıqlama verən abunəçi bildirib ki, internetin birdən-birə zəifləməsi və müqavilədə göstərilən sürəti ala bilməməsi, həmçinin müəyyən vaxtlarda tamamilə kəsilməsi barədə şirkətə məlumat verib.
Şirkət müştərinin məmnuniyyətini təmin etmək əvəzinə onun şikayətini araşdırmaqdan imtina edib.
“CityNet”in əməkdaşı müştəriyə “Xidmətdən razı deyilsənsə, başqa şirkətə müraciət et” deyib.
Ramid İbrahimov
















