• Bakı 18° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

CNN Trampı yalan danışmaqda ittiham edir

DÜNYA

22 Mart 2025 | 20:46

CNN Trampı yalan danışmaqda ittiham edir

ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımla bağlı məlumatları şişirdib, həmçinin NATO və ABŞ-nin Alyansda iştirakı ilə bağlı yalan məlumatlar yayıb. 

Bakıvaxtı.az xəbər verir ki,  CNN telekanalı bu məsələ ilə bağlı Ağ Evin rəhbərini tənqid atəşinə tutub. 

Trampın özü də dəfələrlə bəyan edib ki, Kiyevə yardımın həcmi 350 milyard dollara çatıb, CNN isə bunu cəmi 129 milyard dollar hesablayıb. Bundan başqa, amerikalı lider NATO-nun əvvəlki iki baş katibinin şəxsi söhbətlərində Alyansın ABŞ olmadan mövcud ola bilməyəcəyini etiraf etməsi ilə öyünüb.

Kanal bildirir ki,  ABŞ prezidenti həmçinin miqrasiyanın miqyasını, Çin və Kanada ilə ticarət kəsirini və fentanil ölümləri şişirdib. 


SON XƏBƏRLƏR

23 Aprel 2025