• Bakı 16° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Co Bayden: "Mən vaz keçməyəcəm!"

DÜNYA

14 Avqust 2024 | 13:13 | Müəllif: Əli Hüseynov

Co Bayden: "Mən vaz keçməyəcəm!"

ABŞ prezidenti Co Bayden Qəzzada atəşkəsin getdikcə çətinləşdiyini bildirən açıqlama yayıb.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.

ABŞ prezidenti Bayden Nyu Orleana səfəri zamanı təyyarədən enərkən mətbuat mənsubları ilə Qəzza gündəmini dəyərləndirib.

Qəzzada atəşkəsin getdikcə çətinləşib- çətinləşdiyi ilə bağlı suala Bayden bildirib ki, vəziyyət getdikcə çətinləşir:

"Proseslər çox çətindir. Amma, mən təslim olmayacağam. Atəşkəs üçün bütün qüvvələri səfərbər edəcəyəm".

İranın İsrailə qarşı əks-hücum edib-etməyəcəyini izlədiklərini söyləyən Bayden atəşkəs razılaşması olacağı təqdirdə İranın hücumlarını dayandıracağına ümid etdiyini də əlavə edib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026