• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Conson Londondakı mülkünü dəyərindən baha satışa çıxardı - FOTOLAR

DÜNYA

08 Avqust 2022 | 10:45

Conson Londondakı mülkünü dəyərindən baha satışa çıxardı - FOTOLAR

Böyük Britaniya Baş naziri Boris Conson Londonda yerləşən taunhausunu 1,6 milyon funt sterlinqə (3 284 536 AZN) satışa çıxarıb.

Bu barədə Bakıvaxtı.az “Mirror” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Boris və Kerri Conson sözügedən mülkü 2019-cu ildə 1,2 milyon funt sterlinqə (2 463 402 AZN) almışdılar.

Qəzetin yazdığına görə, Consonlar evi aylıq 4 min funt sterlinqə (8 211 AZN) icarəyə vermək niyyətində idilər, lakin bunu həyata keçirmədilər.

Qeyd edək ki, B. Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib. Lakin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra edəcək.


Conson Londondakı mülkünü dəyərindən baha satışa çıxardı - FOTOLARConson Londondakı mülkünü dəyərindən baha satışa çıxardı - FOTOLARConson Londondakı mülkünü dəyərindən baha satışa çıxardı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026