• Bakı 12° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.7803

    RUB - 1.6785

COP29: Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirildi

COP29

22 Noyabr 2024 | 12:18

COP29: Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirildi

Noyabrın 22-də COP29 çərçivəsində Yaşıl Zonada “Afrika gənclərini ön sıralara çəkmək: CorpsAfrica yaşil təşəbbüsündən öyrənilən dərslər” mövzusunda tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə çıxış edən iqlim fəalı Malamin Badyan Afrikada iqlim dəyişikliyi ilə mübarizə aparmaq və yerli icmaların həyatını yaxşılaşdırmaq üçün həyata keçirilən proqramlardan danışıb. O, Keniya və Seneqal kimi ölkələrdə həyata keçirilən təşəbbüsləri nümunə göstərib.

Onun sözlərinə görə,  Keniyada kəndlərdə qurulan mətbəx bağçaları sayəsində ailələr öz qida tələbatlarını ödəyə bilir, uşaqlar məktəbə qayıdır və icmalar daha dayanıqlı həyat şəraiti qururlar. Seneqalda isə qadınlara kömür briketlərinin hazırlanması öyrədilib ki, bu da meşələrin qırılmasının qarşısını alır və qadınların gəlir mənbəyini təmin edir.

İqlim fəalı qeyd edib ki, bu proqramlar Afrikanın 10 ölkəsində tətbiq edilir və 500-dən çox könüllü icmaya dəstək göstərir:

“Birləşərək hərəkət etsək, iqlim dəyişikliyinə qalib gələ bilərik”..

Daha sonra tədbirdə müxtəlif ölkələri təmsil edən gənclər “Nəsillərarası həmrəylik: COP-dan sonra bizi nə gözləyir” mövzusunda da müzakirələr aparıblar.


SON XƏBƏRLƏR