Son zamanlar, xüsusilə uşaqlar arasında influenza (donuz qripi) yayılıb. Donuz qripi yüngül və ağır xəstəliklərə, bəzən hətta ölümə səbəb ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, donuz qripi haqqında məlumat çoxlarını maraqlandırır. Qeyri-adi qəbul edilə bilməyən bir epidemiya olan donuz qripinin əlamətlərini izləmək müalicə baxımından çox əhəmiyyətlidir.
Son zamanlar COVID-19-la səhv salınan donuz qripinin simptomları birdən-birə ortaya çıxır və xüsusilə uşaqlara təsir edir. Soyuqdəymədən fərqli və daha ciddi olan donuz qripinin əlamətləri digər epidemiyaların əlamətlərinə bənzəyir
Donuz qripi nədir?
Qrip burun, boğaz və bəzən ağciyərləri yoluxduran qrip viruslarının yaratdığı yoluxucu respirator xəstəlikdir. Yüngüldən ağır xəstəliyə səbəb ola və bəzən ölümlə nəticələnə bilər. Qripdən qorunmağın ən yaxşı yolu hər il qripə qarşı peyvənd etməkdir. Qrip virusu insanlarda tənəffüs yolları xəstəliklərinə səbəb olan virusdur və ümumiyyətlə dörd alt tipdə, yəni A, B, C və D ilə araşdırılır. Bu alt tiplərdən A və B mövsümi qrip adlanan xəstəliyə səbəb olur.
Qripin əlamətləri nələrdir?
Qrip olan insanlar tez-tez bu simptomların bir qismini və ya hamısını hiss edirlər:
- Qızdırma və ya üşütmə
-Öskürək
-Boğaz ağrısı
- Burun axması və ya tıxanması
- Əzələ və ya bədən ağrıları
-Baş ağrısı
- Zəiflik
-İştahsızlıq.
Bəzi insanlarda qusma və ishal ola bilər, lakin bu, böyüklərdən daha çox uşaqlarda olur.
Qeyd etmək lazımdır ki, qrip olan hər kəsin qızdırması olmaya bilər. Uşaqlarda donuz qripinin bir çox əlamət və simptomları var:
- nəfəs almada çətinlik
- narahatlıq
- yuxudan oyanmaqda çətinlik
- maye qəbulundan imtina
- baş qarışıqlığı
- bədəndə qızdırma ilə səpgi.
Qripin əlamətləri neçə gündə ortaya çıxır?
Donuz qripi H1N1 qrip virusunun yaratdığı qəfil başlayan tənəffüs yoluxucu xəstəlikdir. Traxeyadan başlayaraq yuxarı tənəffüs yolları boyunca iltihablı dəyişikliklərə səbəb olur və zaman keçdikcə aşağı tənəffüs yollarına keçə bilər.
Donuz qripində risk qrupuna daxil olan insanlar kimlərdir?
Donuz qripinə hər kəs yoluxa bilər və qriplə bağlı ciddi problemlər istənilən yaşda hər kəsin başına gələ bilər. Ancaq bəzi insanlarda qriplə əlaqəli ciddi ağırlaşmaların inkişaf riski daha yüksəkdir. Bura 65 və yuxarı yaşda olan insanlar, müəyyən xroniki xəstəlikləri (astma, diabet və ya ürək xəstəliyi kimi) olan istənilən yaşda olan insanlar, hamilə qadınlar və 5 yaşından kiçik, lakin xüsusilə 2 yaşdan kiçik uşaqlar daxildir.
Aytac Aslan
















