• Bakı 18° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

"Crocus"da terror aktı nəticəsində dəyən ziyanın məbləği açıqlandı

DÜNYA

20 May 2025 | 16:54

Crocusda terror aktı nəticəsində dəyən ziyanın məbləği açıqlandı

Rusiyanın Moskva vilayətindəki "Crocus City Hall"da törədilən terror aktı nəticəsində dəymiş ziyan 6 milyard Rusiya rublu (cari məzənnə ilə təxminən 75 milyon dollar) məbləğində qiymətləndirilir.

Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin məlumatında deyilir.

"Crocus"a terror hücumu nəticəsində dəymiş ümumi ziyan təxminən 6 milyard rubl təşkil edib", - İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin XIII Peterburq Beynəlxalq Hüquq Forumunda çıxışında bildirib.

Qeyd edək ki, 2024-cü il martın 22-də Krasnoqorskdakı "Crocus City Hall"da "Piknik" rok qrupunun konsertindən əvvəl bir neçə şəxs ziyarətçilərə və işçilərə atəş açıb. Binada yanğın baş verib. Nəticədə 140-dan çox insan həlak olub. 1700 nəfər zərərçəkmiş qismində tanınıb.


SON XƏBƏRLƏR