• Bakı 24° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Cüdoçularımız açıq Avropa turnirini 5 medalla başa vurdu

İDMAN

28 Fevral 2022 | 02:26 | Müəllif: Qalib İbrahimoğlu

Cüdoçularımız açıq Avropa turnirini 5 medalla başa vurdu

Cüdo üzrə Azərbaycan milli komandası Varşavada keçirilən açıq Avropa turnirini 5 medalla başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, yarışın ikinci - sonuncu günündə 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan İmran Yusifov üçüncü yeri tutub. Bununla da komandamızın qazandığı medalların sayı beşə çatıb.

Yarısın birinci günündə Azərbaycan komandası 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb.

Qızıl medalları yığmamızın aktivinə Əhməd Yusifov (60 kq) və İbrahim Əliyev (66 kq) yazdırıblar. Gümüş medala İsmayıl İbrahimov (66 kq), bürünc medala isə Rövşən Əliyev (60 kq) sahib olublar.

Yarışa 13 idmançı ilə qatılan komandamız bu nəticə ilə 32 ölkə arasında üçüncü yeri tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026