• Bakı 18° C

    12.12 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Daha beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

SİYASƏT

13 Dekabr 2024 | 16:36

Daha beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Azərbaycanda 2025-cü il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində daha beş partiyanın səlahiyyətli nümayəndələri təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 13-də keçirilən iclasında qərar qəbul olunub.

MSK katibi Arifə Muxtarovanın təqdimatı əsasında Ədalət, Hüquq, Demokratiya (ƏHD), Milli Cəbhə (AMCP), Milli Dirçəliş Hərəkatı (MDHP), Ana Vətən (AVP) və Böyük Azərbaycan (BAP) partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qərar səsverməyə çıxarılaraq MSK üzvləri tərəfindən qəbul edilib.


SON XƏBƏRLƏR

13 Sentyabr 2025