• Bakı 22° C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Ukraynada daha bir azərbaycanlı şəhid oldu 

DÜNYA

09 Aprel 2022 | 01:45 | Müəllif: Qalib İbrahimoğlu

Ukraynada daha bir azərbaycanlı şəhid oldu

Ukraynanın müdafiəsi zamanı daha bir həmyerlimiz şəhid olub.

Bakıvaxtı.az xəbər verir ki, azərbaycanlı Rafael Ağayev Mariupolun müdafiəsində həlak olub.

Şəhid R.Ağayev həm də 2014-cü il Donbass döyüşlərinin veteranıydı. Müharibədən sonra sahibi olduğu “Pizza Veterano” şirkətini təsis etmişdi.

Rusiyanın hücumu başladığı ilk gündən isə Mariupolun müdafiəsini təşkil edən qüvvələrdən biri, Hərbi Dəniz Qüvvələri Dəniz Piyadalarının tərkibində döyüşlərə qatılmışdı.

Allah rəhmət eləsin.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR