Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mirzəyev Məmməd Hüseyn oğlunun meyitinin qalıqları Ağdam rayonunda dəfn edilib.
Bakıvaxtı.az xəbər verir ki, Qaradağlı kəndi işğal olunan zaman itkin düşən Məmməd Mirzəyeylə Ağdamda vida mərasimi keçirilib.
Vida mərasimindən sonra şəhid Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib, ruhuna dualar oxunub. / AZƏRTAC
















