İran bütün ölkələrdən gələn sərnişinlər üçün hava səyahətinə qoyulan qadağaları götürüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatının (CAOI) sözçüsü Mir-Əkbər Rəzəvi bildirib.
Onun sözlərinə görə, bu qərar İranın Milli COVID-19 İşçi Qrupunun iclasında qəbul edilib.
Rəzəvi deyib ki, İrana səyahət üçün də bir sıra qaydalar müəyyən edilib ki, ölkəyə daxil ola bilmək üçün 12 yaşdan yuxarı bütün səyahətçilər üçün iki doza COVID-19 peyvəndi vurulması və mənfi PCR testi tələb olunur (aviatraveı.az).
Sərnişinlər İrana uçuşdan 72 saat əvvəl PCR-testindən keçməlidirlər və sonuncu peyvənddən sonra ən azı 14 gün ötməlidir.
İ
















