• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Daha bir ölkədə məktəblərdə smartfonları qadağan edilir

DÜNYA

03 Sentyabr 2024 | 08:45 | Müəllif: Qalib İbrahimoğlu

Daha bir ölkədə məktəblərdə smartfonları qadağan edilir

İsveçdə məktəblərdə smartfonları qadağan etməyə dair plan hazırlanır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveç Səhiyyə Nazirliyinin bəyanatında bildirilir

Qeyd olunub ki, 2 yaşadək uşaqlar heç bir halda mobil telefon və ya planşetlə təmasda olmamalıdırlar. Bildirilib ki, 2-5 yaş arası uşaqlar üçün bu avadanlıqlardan istifadə müddəti gündəlik maksimum 1 saat olmalıdır.

Səhiyyə naziri Yakob Forsmedin sözlərinə görə, yeniyetmələr dərsdən xaric gündə orta hesabla 6 saat 30 dəqiqə telefon və ya planşet qarşısında vaxt keçirirlər:

"Bu da idmana, aktiv istirahətə sərf olunan vaxtın ciddi şəkildə azalması ilə nəticələnir, yuxusuzluq və digər depressiyaların yaranması ilə nəticələnir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026