• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daşkəsəndə 13 sm qar yağıb - FAKTİKİ HAVA

CƏMİYYƏT

07 Dekabr 2022 | 13:39 | Müəllif: Qalib İbrahimoğlu

Daşkəsəndə 13 sm qar yağıb - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 07-nə olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Bu barədə Bakıvaxtı.az-a ETSN-dən bildirilib.

Qeyd olunub ki, qar örtüyünün hündürlüyü Daşkəsəndə 13 sm, Altıağacda 11 sm, Şəkidə 7 sm, Qaxda 6 sm, Lerikdə 4 sm, Xaltan, Qrızda 2 sm, Şamaxı, Quba, Yardımlıda 1 sm olub.

Düşən yağıntının miqdarı Lənkəranda 13.0 mm, Neftçalada 12.0 mm, Göytəpə, Astarada 6.0 mm, Tovuz, Lerik, Xaçmaz, Ağstafa, Quba, Şabran, Biləsuvar, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şəki, Qax, Qobustan, Tərtər, Bərdə, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Yardımlı, Kəlvəzdə 4.0 mm, Bakıda və Abşeron yarımadasında: Maştağada 2.0 mm, Bakı, Binə, Pirallahıda 1.0 mm-dək olub.

Havanın temperaturu iqlim normasından 4.7° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan MR-da 5°-dək şaxta, dağlıq rayonlarda 8-13° şaxta, aran rayonlarında 4°-dək isti olub.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti şərq rayonlarında və Bakıda və Abşeron yarımadasında həftə sonunadək davam edəcək. Qərb rayonlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi əsəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026