• Bakı 17° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib - YENİLƏNİB

İDMAN

28 Noyabr 2022 | 00:57

DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib - YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşıb.

Bakıvaxtı.az-ın məlumatına görə, görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Matçın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı hesabda önə çıxarıb. 83-cü dəqiqədə isə Niklas Füllkrüq Almaniyanın bərabərlik qoluna imza atıb.

Bu nəticə ilə xallarının sayını 4-ə yüksəldən İspaniya yığması qrupda ilk pillədəki yerini qoruyub.

Hərəsinin 3 xalı olan Yaponiya və Kosta Rika uyğun olaraq 2 və 3-cü yerləri bölüşüblər.

Almaniyanın isə 1 xalı var və sonuncu pillədə qərarlaşıb.

Qrupun son oyunlarında Almaniya Kosta Rika, Yaponiya isə İspaniya ilə qarşılaşacaq.

 

***00:43

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır.

Bakıvaxtı.az-ın məlumatına görə, görüşdə hesab bərabərləşib.

Qarşılaşmanın 83-cü dəqiqəsində Fullkruq Almaniyanın cavab qolunu vurub. 

***00:22

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır.

Bakıvaxtı.az-ın məlumatına görə, görüşdə hesab açılıb. 

Qarşılaşmanın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı önə keçirən qola imza atıb. 

***00:03

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır.

Bakıvaxtı.az-ın məlumatına görə, görüşün ikinci hissəsi başlayıb.

İlk hissə qolsuz bərabərliklə başa çatıb.

***23:48

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır. 

Bakıvaxtı.az-ın məlumatına görə, görüşün ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. 

***23:01

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır. 

Bakıvaxtı.az-ın məlumatına görə, görüş saat 23:00-da start götürüb.

***22:28

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda üz-üzə gələcək İspaniya və Almaniya yığmalarının start heyətləri açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Almaniya: Manuel Noyer, Tilo Kerer, Niklas Süle, Antonio Rüdiger, David Raum, Coşua Kmmix, Leon Qoretska, Cama Musiala, İlkay Gündoğan, Serj Qnabri, Tomas Müller

İspaniya: Unay Simon, Dani Karvahal, Rodri, Emerik Lyaport, Jordi Alba, Qavi, Serxio Busgets, Pedri, Marko Asensio, Dani Olmo, Ferran Torres

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


SON XƏBƏRLƏR

24 Aprel 2024