• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Messinin Qətərdə qaldığı otaq muzeyə çevriləcək

İDMAN

28 Dekabr 2022 | 00:44 | Müəllif: Subhan Mahmudov

Messinin Qətərdə qaldığı otaq muzeyə çevriləcək

Argentina millisinin dünya çempionatında çıxışı zamanı Lionel Messinin Dohadakı Qətər Universitetinin kampusununda qaldığı otaq muzeyə çevriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Messi “B201” nömrəli otaqda qalıb. Otaqda iki nəfərlik çarpayı, stol, kreslo, televizor və sarı yastıqlı boz divan var. Qapının üstündə “L.Messi” yazılıb.

Qeyd edək ki, Argentina millisi dekabrın 18-də Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi olub. Bundan sonra Lionel Messi bütün idman karyerasında ikinci dəfə Dünya Kubokunun ən yaxşı oyunçusu kimi tanınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026