• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

DÇ-2022: Xorvatiya bürünc medal qazandı - YENİLƏNİB

İDMAN

17 Dekabr 2022 | 20:57

DÇ-2022: Xorvatiya bürünc medal qazandı - YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatında bürünc medal qazan komanda bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, üçüncü yer uğrunda oyunda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəliblər.

Qarşılaşma Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. "Damalılar"ın qollarını 7-ci dəqiqədə Yosko Qvardiol, 42-ci dəqiqədə Mislav Orşiç vurub. Afrikalıların heyətində Əşrəf Dari 9-cu dəqiqədə fərqlənib.

Beləliklə, Xorvatiya seçməsi tarixində ikinci dəfə mundialın bürünc medalına sahib çıxıb. Milli 1998-ci ildə də eyni uğura imza atmışdı.

Qeyd edək ki, DÇ-2022-nin finalında Argentina və Fransa yığmaları üz-üzə gələcəklər. Dekabrın 18-də oynanılacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
 

20:09

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda ikinci hissə start götürüb. 

Bakıvaxtı.az xəbər verir ki, Avropa təmsilçisi hazırda 2:1 hesabı ilə öndədir. 

 

19:50

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda ilk hissə başa çatıb. 

Bakıvaxtı.az xəbər verir ki, Avropa təmsilçisi fasiləyə öndə yollanıb - 2:1. 

 

19:43

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda üçüncü qol vurulub. 

Bakıvaxtı.az xəbər verir ki, 42-ci dəqiqədə Avropa təmsilçisi yenidən önə keçib - 2:1. 

Xorvatiya millisinin heyətində Mislav Orsiç fərqlənib. 

 

19:13

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda ikinci qol vurulub. 

Bakıvaxtı.az xəbər verir ki, 9-cu dəqiqədə Afrika təmsilçisi hesabı bərabərləşdirib. 

Mərakeş millisinin heyətində Əşrəf Dari fərqlənib. 

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda hesab açılıb. 

Bakıvaxtı.az xəbər verir ki, 7-ci dəqiqədə Yosko Qvardiol Avropa təmsilçisini hesabda önə keçirib. 

 

19:03

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyun başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

 

17:59

Qətərdə keçirilən dünya çempionatının 3-cü yer uğrunda oyununda üz-üzə gələcək Xorvatiya və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Xorvatiya: 1. Dominik Livakoviç, 20. Yosko Qvardiol, 2. Yosip Stanisiç, 24. Yosip Şutalo, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 7. Lovro Mayer, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 14. Marko Livaya, 18. Mislav Orsiç

Mərakeş: 1. Yassin Bunu, 18. Vavad el Yamiq, 2. Əşrəf Hakimi, 25. Yəhya Attiat-Allah, 20. Əşrəf Dari, 4. Sofyan Amrabat, 23. Bilal El Xannus, 7. Hakim Ziyeş, 11. Abdelhamid Sabiri, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesir

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026