• Bakı 7° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

DÇ: Millimiz pley-offa vəsiqə qazandı

İDMAN

30 Oktyabr 2023 | 09:53

DÇ: Millimiz pley-offa vəsiqə qazandı

Dünən minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 2-ci oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Elşad Quliyevin komandası Misir yığmasını məğlub edib.

Oyun Azərbaycan futbolçularının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra millimiz vahid lider olub və pley-offa vəsiqəni təmin edib.

Qrupun digər matçında qalib müəyyənləşməyib. Küveyt və İraq hərəyə 5 dəfə fərqləniblər.

Xatırladaq ki, millimiz ilk matçda İraqı 2:0 hesabı ilə məğlub edib. Qrupda son rəqib oktyabrın 31-də Küveyt olacaq.

Dünya çempionatı
G qrupu
II tur

Azərbaycan – Misir - 4:1

Qollar: Rəvan Kərimov, 8; 42. Seymur Məmmədov, 38. Təmkin Xəlilzadə, 45 - Hassan Mohamed, 2

Küveyt - İraq - 5:5


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026