Çinin süni intellekt inkişaf etdiricisi "DeepSeek" ilk maliyyələşdirmə mərhələsində 7,4 milyard dollardan çox vəsait toplayaraq ölkənin ən dəyərli süni intellekt startapına çevrilib.
Bakıvaxtı.az "The Wall Street Journal" qəzetinə istinadən xəbər verir ki, "DeepSeek"in dəyəri 50 milyard dolları keçib.
Məlumata görə, əsas investorlardan biri kapitalı təxminən 8,8 milyard dollar olan Çin Milli Süni İntellekt Fondudur.
Qeyd edək ki, aprelin 24-də "DeepSeek"in yeni genişmiqyaslı dil modeli olan "DeepSeek-V4" təqdim olunub.
Gülşən Şərif
Bakı 



