• Bakı 9° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Dərslik nəşrində axsamalar var - Ekspert

CƏMİYYƏT

21 Dekabr 2021 | 16:53 | Müəllif: Qalib İbrahimoğlu

Dərslik nəşrində axsamalar var - Ekspert

İllərdir orta məktəb dərsliklərindəki səhvlərdən danışılr. Təhsil naziri Emin Əmrullayev də Təhsil İnstitutunun 90 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, dərslik Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan mövzudur. Nazirin sözlərinə görə, dərsliyin daha çox zahiri tərəfi müzakirə olunur, təhsilin mahiyyəti üzrə isə müzakirələr çox azdır.

Təhsil eksperti Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a bildirib ki, beynəlxalq təcrübədə nəşriyyat evləri tenderə qatılır və tenderin nəticəsində kitabı yazmaq işi həmin nəşriyyata verilir: “Onun ardından nəşriyyat kitabı öz müəllifinə yazdırır, sonra isə həmin müəlliflər kitabları rəy bildirənlərə göndərirlər. Rəyçilər kitabı kimin yazdığını bilmədən, rəy bildirməli, səhvləri düzəltməli, kitabın gedişatına ümumi fikir bildirməlidir. Buna kor rəy deyilir. Rəy bildirlən kitabı kimin yazıdğını, müəllif də rəy bildirənin kim olduğunu bilmir. Beləcə, şəffaf bir şəkildə kitaba rəy bildirilir. Lazım olan düzəlişlərdən sonra kitab məktəblərdə istifadə olunur”.

Onun sözlərinə görə, Azərbaycanda bu prosesdə müəyyən axsamalar var. Ona görə də kitablarda bu cür səhvlər olur. Ekspert deyir ki, uzun illərdir bu proses davam etdiyi üçün, görünür, bizim müəllimlərimizdə, müəlliflərin kitablarına rəy bildirən rəyçilərimizdə problem var.

Q.Məmmədov onu da bildirib ki, müəllimlər artıq kitaba bağlı dərs keçməməlidirlər. Onun sözlərinə görə, müəllim üçün kitab sadəcə bir mövzu ardıcıllığını müəyyən etmək üçün vəsaitdir, amma tək resurs deyil: “Müəllim müxtəlif resurslardan istifadə etməli, şagirdləri yönləndirməlidir. Ancaq bu yolla dövrün tələblərinə uyğun dərs keçmək mümkün olar. Tək kitabdan dərs keçiləcəksə, bu artıq 70-ci illərin ənənənəsidir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR