• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

DİM “Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələrini nəşr edib

CƏMİYYƏT

04 Sentyabr 2024 | 11:01 | Müəllif: Əli Hüseynov

DİM “Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələrini nəşr edib

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələrini nəşr edib.

Mərkəzdən Bakıvaxtı.az-a bildirilib ki, 8-ci nömrədə 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın 9-cu nömrəsində 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının tam orta (11 illik) təhsil bazasinda orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026