• Bakı 22° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

DİN-dən qazinin iddiaları ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

20 Dekabr 2022 | 16:22

DİN-dən qazinin iddiaları ilə bağlı AÇIQLAMA

Oktyabrın 15-də Mingəçevir şəhəri A.İslamzadə küçəsində Həmid Həmidli idarə etdiyi “VAZ-21014” markalı avtomobillə əks hərəkət zolağına çıxması nəticəsində Azər Tağızadənin idarə etdiyi “KIA” markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində sonuncu nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib və yolu keçmək istəyən iki piyadanı vurub. Piyadalar xəstəxanaya çatdırılsa da, aldıqları ağır xəsarətlərdən orada ölüblər.

Bakıvaxtı.az xəbər verir ki, Həmid Həmidli Vətən müharibəsi qazisidir. H.Həmidli piyadaları onun vurmadığını və işin düzgün araşdırılmadığını iddia edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, cari ilin oktyabrın 15-də baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir. Vətəndaşın səsləndirdiyi iddialar müdafiə xarakterlidir, şəxsi mülahizələrə əsaslanır, hüquqi əsası yoxdur. Yol-nəqliyyat hadisəsi üzrə ekspertiza rəyi var. İstintaq hərəkətləri müvafiq rəyin əsasında aparılır. İki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi prosessual qanunvericiliyə uyğun olaraq icra edilir. Baş verən hadisənin görüntüləri cinayət işi materiallarına əlavə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026