• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

DİN: Koronaviruslu xəstələr dərmanların alınması üçün polisə müraciət edə bilər

CƏMİYYƏT

10 Aprel 2021 | 17:09

DİN: Koronaviruslu xəstələr dərmanların alınması üçün polisə müraciət edə bilər

“İctimai yerlərdə aşkarlanan koronaviruslu xəstələrin səsləndirdiyi iddialar öz əməllərinə bəraət qazandırmaqdan başqa bir şey deyil”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. 

O bildirib ki, virusa yoluxan şəxslərin dərman, ərzaq və s. kimi zəruri ehtiyaclarının ödənilməsi ilə bağlı sosial xidmətlər mövcuddur:

“Koronavirusa yoluxmuş, xüsusilə tənha yaşayan şəxslərin gündəlik zəruri ehtiyaclarının təmin edilməsi ilə bağlı müvafiq sosial xidmətlər var. Koronaviruslu xəstələr sahə həkimləri ilə əlaqə saxlaya bilməsələr, ərazidə xidmət aparan polis əməkdaşına müraciət edə bilərlər. Polis də aidiyyəti üzrə həmin ünvana sahə həkiminin göndərilməsini təmin edər. Bu işlər o qədər əhatəli şəkildə qurulub ki, kiminsə əsassız bəhanə gətirərək ictimai yerə çıxmasına səbəb yoxdur. Bununla bağlı səsləndirilən bəhanələr öz əməllərinə bəraət qazandırmaqdan başqa bir şey deyil”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026