Hindistanda qadınların uşaqları üçün oruc tutduğu və birlikdə çaya girdiyi “Jivitputrika festivalı” zamanı boğulma hadisələri baş verib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, dövlət orqanları 15 müxtəlif bölgədə dini ayinlər zamanı baş verən boğulma hadisələrində 37-si uşaq olmaqla 46 nəfərin həyatını itirdiyini açıqlayıb.
Səlahiyyətlilər itkin düşmüş şəxslərin axtarışlarının davam etdiyini bildiriblər.
Baş nazir Nitish Kumar həyatını itirənlərin ailələrinə başsağlığı verib və ailələrə təzminat ödəniləcəyini qeyd edib.
Mina Mikayılova
















