• Bakı 21° C

    5.28 m/s

Direktorların işə qəbulu imtahanı başladı

CƏMİYYƏT

06 Iyul 2023 | 10:11

Direktorların işə qəbulu imtahanı başladı

İyulun 6-da 8 şəhər və rayon üzrə 9 imtahan mərkəzində şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilir.

Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə ilə bağlı qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək.

Qeyd edək ki, https://miq.edu.az/direktorlar/ saytında direktorların işə qəbuluna dair nümunə test tapşırıqları yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026