• Bakı C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.7517

    RUB - 1.7594

Direktorların qiymətləndirilməsi meyarı necə tənzimlənəcək: Proses hansı problemləri üzə çıxara bilər?

CƏMİYYƏT

11 Fevral 2025 | 13:35

Direktorların qiymətləndirilməsi meyarı necə tənzimlənəcək: Proses hansı problemləri üzə çıxara bilər?

Direktor və direktor müavinləri sertifikasiyaya cəlb olunacaqlar.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev ötən həftə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Belə ki, "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma" Qaydasına əsasən, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması nəzərdə tutulub.

Məktəb direktorları və müavinlərinin sertifikatlaşmaya cəlb olunması təhsilin keyfiyyətinə necə təsir edəcək? Sertifikasiya prosesi hansı problemləri üzə çıxara bilər?

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, sözügedən məsələ o qədər də qeyri-adi yenilik hesab edilməməli, Müəllimlərin Sertifikatlaşdırılması Müsabiqəsinin proqramında ən çox gözlənilən məsələlərdən biri kimi dəyərləndirilməlidir.

Onun sözlərinə görə, fənn müəllimlərinin öz ixtisasları istiqamətində müsabiqədən keçdiyi zamanda bu qiymətləndirmənin pedaqoji rəhbərliyə şamil edilməməsi anlaşılmaz sayıla bilərdi:

"Elm və təhsil naziri Emin Əmrullayev son brifinqdə bir sıra yeniliklərdən bəhs etdi. Onlardan biri də pedaqoji rəhbərlikdə təmsil olunan şəxslərin - direktor və direktor müavinlərinin sertifikasiya prosesinə cəlb olunmasıdır. Lakin rəhbər şəxslərin qiymətləndirilməsi meyarı necə tənzimlənəcək? Onların pedaqoji bacarıqlarla yanaşı, idarəçilik keyfiyyətlərinin dəyərləndirilməsi necə aparılacaq? Bu sualların cavabını yəqin ki, bir müddətdən sonra biləcəyik. Hələlik, direktor və müavinlərinin sertifikasiya prosesinə cəlbinin rəsmi təsdiqi haqqında danışa bilərik. Amma təbii ki, detalların açıqlanması, adıçəkilən rəhbər heyətin hansı meyarlar istiqamətində imtahan vermələri və imtahan nəticələrinin onlara hansı kontekstdə təsir edəcəyini bilmək çox maraqlı olardı. Məsələn, hər hansı fənn müəllimi sertifikasiya prosesində 60 sualın 31-dən çoxuna cavab verirsə, maaşı 10% artmış hesab olunur. Yox, bu həddi keçmirsə, “kəsilmiş” sayılır. Həmçinin, 51 baldan yuxarı nəticə ilə maaşı 35% artmış olur. Bəs, direktor və müavinlərinin sertifikasiya nəticələrində bu proses necə tənzimlənəcək? Bununla bağlı ETN tərəfindən ictimaiyyətin ətraflı bilgiləndirilməsi çox vacibdir".

Elmin Nuri: Direktor və müavinlərinin sertifikasiyasında esse mərhələsinin olacağı gözlənilmir

E.Nurinin ilkin ehtimalına əsasən, direktor və müavinləri sertifikasiya prosesində əsasən Direktorların İşəqəbulu, həmçinin, direktor müavinlərinin işəqəbulu müsabiqəsindəki təcrübə və sual bazasından, həmçinin müsahibə mərhələsindəki ünsiyyət modulları, xüsusi tapşırıqlardan istifadə etmək olar. Amma direktor və müavinlərinin sertifikasiyasında da esse mərhələsinin olacağı gözlənilmir.

Müsahibimiz ümumilikdə direktor və direktor müavinlərinin, xüsusən də gənclərin sertifikasiya müsabiqəsinin nəticələrində hər hansı kütləvi problemlərin yaşanacağını düşünmür:

“Çünki onlar daha çətin olan DİQ və müavinlik imtahanlarından keçibsə, deməli, burada daha uğurlu nəticə göstərə bilərlər. Əks nəticəni göstərən istisnalar isə təbii ki, olacaq. Onlarla bağlı hansı tədbirlərin görüləcəyini isə ETN yəqin ki, tez bir zamanda açıqlayacaq".

Gülşən Şərif


SON XƏBƏRLƏR

11 Fevral 2025