• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Dövlət Agentliyi: “Şuşa əsas turizm məkanı olacaq”

İQTİSADİYYAT

18 May 2021 | 11:08

Dövlət Agentliyi: “Şuşa əsas turizm məkanı olacaq”

İşğaldan azad olunmuş ərazilərdə potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov bildirib.

Onun sözlərinə görə, hazırda araşdırmalar gedir: "İndi işğaldan azad edilmiş ərazilərdə dövlət qurumlarının infrastruktur əsaslı birgə qiymətləndirilməsi işləri aparılır. Düşünürük ki, ilkin qiymətləndirmələrdən sonra Dövlət Turizm Agentliyi olaraq yolların haradan keçəcəyi aydınlaşdıqdan, infrastruktur hazır olduqdan sonra biz öz qiymətləndirməmizi müəyyənləşdirəcəyik".

Qurum rəsmisi onu da deyib ki, Şuşa həm daxili, həm də xarici turizmdə əsas məkan olacaq:

"Şuşa ilə bağlı planlar çoxdur. Yaxın gələcəkdə ictimaiyyətə geniş açıqlamalar verəcəyik".
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR